Portuqaliyadan "Sumqayıt"a

16:17 3 Avqust 2015

Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan "Sumqayıt" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü adıçəkilən futbolçu komandayla 1 illik müqavilə imzalayıb. Amit "Sumqayıt"da 24 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Erciyesspor", "Rəvan", "Qəbələ" və Portuqaliyanın "Atletiko" CP klublarının şərəfini qoruyub.


Xəbər xətti