"Qəbələ"dən 4-də 4

10:50 4 Avqust 2015

UEFA Avropa Liqasında mübarizəni davam etdirən “Qəbələ”nin əvəzedici komandası 2015/16 mövsümünün hazırlığını tamamlayıb. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ramin Quliyevin yetirmələri artıq yeni mövsümün ilk turunun “Qarabağ”la qarşılaşmasına hazırlaşır.

 

Əvəzedicilər Qəbələdə baş tutan 4 həftəlik, mərhələli təlim-məşq toplanışına iyulun 1-də start verib. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirən komandamız bütün qarşılaşmalarda qalib gəlib. İlk yoxlama matçını ayın 16-da keçirən Quliyevin yetirmələri Azərbaycanın U-19 millisini 2:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Əli Əlizadə və Ülvi İbazadə fərqləniblər. İki gün sonra “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələn komanda 2:0 hesabı ilə qalib gəlib. Bu dəfə İbazadə və Baxşəli Baxşəliyev rəqib qapısına yol tapıblar. İyulun 24-də Bakıda “İnter”in əvəzedicilərinin qonağı olan “Qəbələ” növbəti qələbəsini qazanıb 2:1. Komandaz Şamil Camaləddinov və Ehtiram Şahverdiyevin qolları ilə rəqibini məğlub edib. İyulun son gününə təsadüf edən 4-cü yoxlama oyununda rəqib bu mövsüm Premyer Liqada mübarizə aparacaq “Rəvan” olub. “Qırmızı-qaralar” görüşün taleyini ilk yarıda həll edib. Sahil Mirzəyev, Elvin Camalov, Roman Hüseynov, Emin Zamanov və Ehtiram Şahverdiyevin qolları ilk 45 dəqiqənin nəticəsini rəsmiləşdirib – 5:0. Fasilədə heyəti dəyişərək, daha çox gənclərə güvənən Quliyevin yetirmələri matçı 6:3 hesablı qələbə ilə başa vurub. Komandanın son qolunu “Qəbələ” akademiyasının U-17-dən cəlb olunan Rövlan Muradov vurub.

 

O, mövsümlərarası fasilədə əvəzedici heyətə qatılan 10 futbolçudan biridir. Onunla yanaşı, akademiyanın U-17 komandasından Hacıağa Hacılı, Amin Seydiyev və Baxşəli Baxşəliyev də Quliyevin rəhbərliyi altında çıxış edəcək. Əli Əlizadə, Elmiz İsmayılov, Əziz İsmayılov, Süleyman Süleymanov isə klubumuzun U-19 komandasından cəlb olunub. Bakı “İnter”indən heyətə qatılan Ülvi İbazadə və sabiq “Simurq”lu Yusif Dilanov da yoxlama oyunlarında şans qazanıblar


Digər xəbərlər

Xəbər xətti