Millimiz və "Simurq"un sabiq üzvü aşağı dəstədə

12:10 4 Avqust 2015

Azərbaycan yığmasının sabiq müdafiəçisi Əli Gökdəmir özünə yeni klub tapıb. Sportarena.az xəbər verir ki, o, bundan sonra Türkiyənin ikinci liqasında çıxış edəcək. Belə ki, Əli "Karagümrük" klubu ilə müqavilə bağlayıb. O, transferiylə bağlı açıqlamasında azarkeşlərin dəstəyi ilə uğur qazanacaqlarına inamını ifadə edib.

 

Qeyd edək ki, Gökdəmirin son klubu artıq fəaliyyətini dayandıran "Simurq" olmuşdu.


Xəbər xətti