Yunis Hüseynov: "2-3 legionerin gəlişini gözləyirik" - MÜSAHİBƏ

14:39 4 Avqust 2015

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun Sportarena.az saytına müsahibəsi

 

- Öncə CAS-ın transfer qadağasını qüvvədə saxlaması ilə bağlı çıxardığı qərara münasibətinizi bildirərdiz...

- Həqiqətən də bu qərar bizim üçün çox pis oldu. Amma nə etmək olar? Məcburuq, oynamalıyıq. İnanıram ki, gənc futbolçularımız özülərini yaxşı tərəfdən göstərəcəklər. Ancaq yeni transferlərimiz oynasaydılar, çox yaxşı olardı. Belədə bizə çox ziyan olacaq.

 

- Yeni transferləriniz ilk üç turda meydana çıxa bilməyəcəklər. Bu qarşılaşmalardan nə gözləyirsiz?

- İlk 3 oyundan nə qədər çox xal toplasaq, o qədər yaxşıdı. Mənim istəyim 9 xal idi. Amma indi vəziyyət bir qədər fərqlidi. Nə qədər çox xal toplasaq, bizim xeyirimizədi.

 

- "Xəzər Lənkəran" yeni mövsümə nə dərəcədə hazırdı?

- Komadamız yeni mövsümə tam olaraq hazır idi. Yaxşı kollektiv formalaşdırmışıq. Hazırlıq dövrü çox yaxşı keçdi. Futbolçuların fiziki, taktiki durumları öz qaydasındadı. Sadəcə, elə gətirdi ki, sentyabra kimi yeni transferlərimiz oynamayacaqlar. Bu amil oyunumuza mənfi təsir göstərə bilər. Çünki bizdə ancaq gənc futbolçulardı. Çox təsir eləyəcək, amma inanaq ki, futbolçular əllərindən gələni edəcək və lazım olan xalları qazanacaqlar. Yeni transferlərimiz oynasaydı, daha maraqlı oyunlar görəcəkdiz.

 

- Yeni oyunçuların hazırlıq dönəmindəki çıxışı sizi qane elədi?

- Əlbəttə, qane elədi. Təbii ki, hər şey 100 faizlik olmur. Məşq prosesində, oyunlarda razı qalmadığım məqamlar oldu. Bunun üzərində işləmişik, söhbətlərimiz də olub. Yavaş-yavaş bunları da aradan qaldırırıq. Çalışırıq ki, hər şey yüksək səviyyədə olsun.

 

- Başqa transferlər olacaq?

- İnşallah, olmalıdı. 2-3 futbolçunun gəlişini gözləyirik.

 

- Hansı mövqelərə?

- Orta xətt və hücuma.

 

- Hər 3-ü əcnəbidi?

- Bəli, legionerdi.

 

- Ad çəkə bilərsiz?

- Xeyr, adlarını deyə bilmərəm.

 

- Mövsümə "İnter"lə oyunla start verəcəksiz. Bu haqda nə deyə bilərsiz?

- "İnter" Avroliqada çıxışını davam etdirir. Komanda yeni yığılsa da, özünü yaxşı tərəfdən göstərir. Avrokuboklarda artıq 2 mərhələ keçib. Gənclərlə yanaşı, heyətdə təcrübəli futbolçuları da var. Yaxşı komanda formalaşıb. Çətin oyun olacaq. Rəqibi yaxşı analiz edib, düzgün oyun qurub, qalib gəlmək istəyirik.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti