Valverde Svanadzeni qabaqladı

18:36 4 Avqust 2015

Məlum olduğu kimi, avqustun 6-da "İnter" "Atletik"i qəbul edəcək.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Avropa Liqasının üçüncü mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmadan əvvəl komandaların oyunöncəsi mətbuat konfransları keçiriləcək. "İnter" komandasının baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı saat 20.00-da, rəqib komandanın çalışdırıcısı Ernesto Valverdenin mətbuat konfransı isə 18.30-da başlayacaq.

 

Qeyd edək ki, "İnter" komandasının məşqi 20.30-da, "Atletik" komandasının məşqi isə saat 19.00-da baş tutacaq.

 

Əlavə edək ki, məşqlərin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.


Xəbər xətti