"Apollon"un baş məşqçisindən gözlənilməz addım

10:35 5 Avqust 2015

Avqustun 6-ı UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Kiprin "Apollon" komandasını qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Apollon" matçı öncəsi komandamızın baş məşqçisi Roman Qriqorçuk avqustun 5-i 20:30-da media nümayəndələrinin önünə çıxacaq. "Qəbələ"nin KİV üçün 15 dəqiqəlik açıq məşqi 21:00-da start götürəcək. "Apollon"un oyunöncəsi son məşqi isə saat 20:00-da başlayacaq.

 

Rəqib komandanın baş məşqçisi Pedro Emmanuel oyundan qabaq jurnalistlərə açıqlama verməkdən imtina edib.


Digər xəbərlər

Xəbər xətti