"Qəbələ"də növbəti itki

13:52 5 Avqust 2015

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda sabah "Apollon"la qarşılaşacaq "Qəbələ" növbəti itki ilə üzləşib. Sportarena.az xəbər verir ki, əyalət klubunun braziliyalı müdafiəçisi Rikardinyo məşq zamanı zədə alıb. Onun Kipr klubu ilə görüşdə iştirak etməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşmada zədələnən Floresku da sabah keçiriləcək matçda oynamayacaq.


Xəbər xətti