Səlahət Ağayev yalan danışır?

14:25 5 Avqust 2015

"İnter" komandanın kapitanı Səlahət Ağayevin dünənki müsahibəsində səsləndirdiyi bəzi fikirlərə aydınlıq gətirib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Sportarena.az saytına açıqlamasında qolkiperin xüsusilə "Rəhbərlikdən hələ heç kim bizimlə görüşməyib" sözlərinə münasibət bildirib:

 

"Georgi Nikolovla futbolçular arasında görüş olub. Mən klubun içindəyəm. Klubun mətbuat katibi kimi deyirəm ki, futbolçularla rəhbərlik arasında görüş olub. Səlahətin müsahibəsini görməmişəm. Sadəcə, onu deyə bilərəm ki, Nikolov futbolçularla görüşdü və onlara vəiyyətin yaxşı olacağını bildirdi".

 

Xatırladaq ki, apasport.az saytının müxbiri "Rəhbərlikdən futbolçularla görüşən olubmu?" sualına Ağayev bu cür cavab vermişdi: "Hələ heç kim bizimlə görüşə gəlməyib. Heç bir xəbər yoxdu. Çempionat başlayır, amma klubun sponsorunun kimliyi bilinmir. Bu cür hara qədər getmək olar?".


Sonda belə qənaətə gəlmək olar ki, ikisindən biri yalan danışır.


Xəbər xətti