"Qəbələ" və "İnter"in oyunlarına necə baxaq?

11:45 6 Avqust 2015

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində 2 komandamız meydana çıxacaq. Sportarena.az xəbər verir ki, "Qəbələ" "Apollon"u, "İnter" isə "Atletik"i sınağa çəkəcək.

 

Saat 21:00-da start götürəcək hər iki görüş canlı yayımlanacaq. "Qəbələ" - "Apollon" oyunu "İdman Azərbaycan", "İnter" - "Atletik" görüşü isə Az TV-nin efirində olacaq.

 

Qeyd edək ki, "Qəbələ" səfərdə 1:1 oynayıb. "İnter" isə 0:2 hesabı ilə uduzub.


Xəbər xətti