Tale Heydərovdan "Qəbələ"yə fantastik mükafat: Hər futbolçuya 50 min

14:12 6 Avqust 2015

Bu gün axşam Qəbələnin eyni adlı futbol klubu AvroLiqanın üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə cavab oyununa çıxacaq.

 

Qeyd edək ki, bir həftə öncə rəqib meydanından 1-1 hesablı sərfəli nəticə ilə dönən “Qəbələ”nin mərhələ adlamaq şansı yüksək dəyərləndirilir.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” bu mərhələni adlayacağı təqdirdə oyunçular klubun prezidenti Tale Heydərov tərəfindən böyük məbləğdə pulla mükafatlandırılacaq. Hətta hər futbolçuya vəd olunan pul mükafatının 50.000 manat olacağı da vurğulanır.

 

İdman mediasının yazdığına görə, yerli klub bundan əvvəl Serbiyanın “Çukaritsi” klubunu məğlub edib mərhələ adladıqdan sonra Tale Heydərov hər futbolçuya 30.000 manat məbləğində pul mükafatı verib. (modern.az)


Digər xəbərlər

Xəbər xətti