"Xəzər Lənkəran" və "Nar"dan azarkeşlər üçün yeni kampaniya

19:35 6 Avqust 2015

"Xəzər Lənkəran" Futbol Klubu və klubun rəsmi tərəfdaşı "Nar" mobil operatoru birgə əməkdaşlıq çərçivəsində yeni müştərək aksiyaya start verib.

 

Sportarena.az xəbər verir ki, bu həftə Premyer Liqanın 1-ci turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "İnter" matçına bilet alan hər bir azarkeş bir ədəd 2 manatlıq "Nar" danışıq kartını hədiyyə olaraq əldə edəcək. Aksiya stadionun kassalarında oyun günü ərzində həyata keçiriləcək.

 

Eyni zamanda stadionun kassalarında “Nar” tərəfindən “cüt” nömrələrin satışı həyata keçiriləcək (070 və 077). Oradan alınan hər bir nömrənin balansına da 2 manat hədiyyə olaraq yüklənmiş olacaq.


Xəbər xətti