"Qəbələ"də CİDDİ İTKİ

01:35 7 Avqust 2015

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Avropa Liqasının "pley-off" mərhələsinin ilk matçında oynaya bilməyəcək.

Sportarena.az xəbər verir ki, buna onun "Apollon"la III təsnifat mərhələsinin cavab görüşündə 3-cü sarı vərəqə alaraq, cəzalı duruma düşməsi səbəb olub. 

Qeyd edək ki, Cavid Hüseynov bundan əvvəl Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" ilə Qəbələdə keçirilən cavab görüşündə və ikinci təsnifat mərhələsində "Çukariçki" klubu ilə səfərdə oynanılan ilk matçda sarı vərəqə alıb.


Xəbər xətti