Cavid Hüseynovun jesti Türkiyə mətbuatında

12:10 7 Avqust 2015

Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la cavab oyunundan sonra Azərbaycan və Türkiyə bayraqlarını götürərək, stadionda dövrə vuran "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun hərəkətinə qardaş ölkə mətbuatı da biganə qalmayıb. Sportarena.az xəbər verir ki, "Milliyet", "Hürriyet" və "Eurosport" kimi kütləvi informasiya vasitələri futbolçumuzun bu jestinə öz səhifələrində yer veriblər.

 

Qeyd edək ki, "Apollon"u 1:0 hesabı ilə məğlub edən "Qəbələ" adını "pley-off"a yazdırıb.


Digər xəbərlər

Xəbər xətti