Ukraynalılar "Qriqorçukun kepkası"ndan yazdılar

16:40 7 Avqust 2015

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Avroliqanın üçüncü təsnifat mərhələsinin “Apollon”la oyunundan sonra “aerodrom kepka” taxması onun vətəni Ukraynada da diqqət çəkib.

 

 

Sportarena.az xəbər verir ki, ua.tribuna.com saytı Qriqorçukun mətbuat konfransına “aerodrom kepka” ilə gəlməsini günün ən maraqlı hadisəsi kimi təqdim edib.

 

Eyni zamanda sayt xatırladıb ki, hələ iki il əvvəl Qrikorçuk hazırda “Qəbələ”də oynayan, o zaman isə “Çernomorets”də çıxış edən Aleksey Antonova mərcdə uduzub və mətbuat konfransına onun kepkasında gəlib.


Digər xəbərlər

Xəbər xətti