Qriqorçuk: "Panatinaikos"la bizi çətin oyunlar gözləyir"

17:31 7 Avqust 2015

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Yunanıstanın "Panatinaikos" klubu barədə danışıb. Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis "azerisport.az" saytına açıqlamasında bunları söyləyib:

 

"Bizim üçün istənilən rəqib güclüdür. Ola bilərdi ki, nisbətən zəif rəqiblə də düşə bilərdik, daha güclüsü ilə də. Amma istənilən halda rəqibimiz bizdən güclü olacaqdı. Fikrimcə, potensial rəqiblərimiz arasındakı hər kəs ilk növbədə "Qəbələ" ilə düşməyi arzulayırdı. Püşk nəticəsində yunanlarla düşdük. Adlı-sanlı komandadır. Avrokuboklarda böyük təcrübəyə malikdirlər. "Panatinaikos"la bizi çətin oyunlar gözləyir. Ancaq şansımız var. Hətta bircə şansın da olsa, onun üçün həyatını verməlisən. Bizdə də məhz belə əhval-ruhiyyə var. Amma bu haqda "Qarabağ"la oyundan sonra düşünməliyik. Hələ ki, bu komanda ilə oyunu düşünmək lazımdır. Ağdam klubu da güclü və adlı-sanlı komandadır. Həm də bu mövsüm onlara çempionluq yolunda müqavimət göstərmək istəyirik".


Digər xəbərlər

Xəbər xətti