Yığmamız yenidən Maltanı məğlub etdi

02:15 8 Avqust 2015

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. 

Sportarena.az xəbər verir ki, yığmamız növbəti dəfə Maltanın U-19 komandası ilə qarşılaşıb. Bayıl stadionunda keçirilən qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Xatırladaq ki, bu komandalar arasında avqustun 5-də keçirilmiş yoldaşlıq oyunu yığmamızın 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Xəbər xətti