"Yanq Boyz" "Qarabağ"dan çəkinir

18:10 8 Avqust 2015

“Hazırda o qədər də sevincli deyilik. Çünki püşk bizi “Qarabağ” kimi güclü rəqiblə üz-üzə qoyub”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Yanq Boyz”un idman direktoru Fredi Bikel deyib. Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirən klub rəsmisi “Qarabağ”dan çəkindiklərini gizlətməyib.

 

“Qarabağ” digər səbətin ən güclü komandası, həmçinin ən reytinqlilərindən biri idi. Belə komandaya rəqib olduğumuz üçün püşkdən məmnun qala bilmərik. “Qarabağ” Çempionlar Liqasının da pley-off mərhələsinə vəsiqə qazana bilərdi. Ancaq “Seltik” cəmi 1 qol sayəsində onlara qalib gəldi. Bu komanda son iki ilin ölkə çempionudu, həmçinin ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edib. Bir sözlə, “Qarabağ” kifayət qədər Avropa təcrübəsinə malikdi. Bütün bunlar bizi çox ağır iki oyunun gözlədiyindən xəbər verir. Lakin komandamız da yaxşı futbolçulardan qurulub. Rəqib nə qədər güclü olursa-olsun, bizim də hədəfimiz qrup mərhələsinə adlamaqdı”.

 

Qeyd edək ki, “Qarabağ”ın “Yanq Boyz”la oyunları avqustun 20-də və 27-də baş tutacaq. İlk oyun səfərdə olacaq.


Xəbər xətti