Əvəzedicilərin çempionatı : "Neftçi" və "Xəzər-Lənkəran" 3 qolla qələbə qazandı

22:51 8 Avqust 2015

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016 mövsümünə bu gün start verilib.

Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə üç matç keçirilib."Neftçi" doğma meydanda "Kəpəz"ə qalib gəlib - 3:0."İnter" isə səfərdə "Xəzər Lənkəran"la üz-üzə gəlib və 2:3 hesab ilə uduzub.Turun digər oyununda "Zirə" minimal hesabla AZAL-a qalib gəlib - 1:0.

 

“Neftçi” - “Kəpəz” - 3:0
Qollar: Etibar Süleymanov, 2 (1:0), 53 (2:0), Aqşin Qurbanlı, 70 (3:0)

“Xəzər Lənkəran” - “İnter” - 3:2
Qollar: Ramil Mansurov, 23 (0:1), 43 (0:2), Kamal Dənziyev, 44 (2:1), Zaman Mirzəzadə, 51-pen (2:2), İbrahim Qədirzadə, 75 (3:2)


“Zirə” - AZAL - 1:0
Qol: Vüsal  İsgəndərli, 70 (1:0)

 9 avqust

18:30. "Qəbələ" - "Qarabağ"
21:15. "Rəvan" - "Sumqayıt"


Xəbər xətti