"Monako"dan əzmkar qələbə, "Marsel" uduzdu

12:50 9 Avqust 2015

Fransa Liqa 1-də ilk turun növbəti oyunları keçirilib. Sportarena.az xəbər verir ki, ikinci oyun günündə daha 6 görüş baş tutub.

 

Doğma meydanda "Kann"la qarşılaşan "Marsel" gözlənilmədən məğlub olub - 0:1. "Monpelye" isə "Anjer"ə boyun əyib.

 

Səfərdə "Nitsa"nın qonağı olan "Monako" əzmkar qələbə qazanıb. İlk hissədə qapısında top görən knyazlıq təmsilçisi ikinci yarıda 2 qol vuraraq, 3 xalı aktivinə yaza bilib.

 

Fransa Liqası, 1-ci tur

8 avqust

 

“Bastiya” – “Renn” - 2:1
Qollar:
Sio, 40 (0:1), Ayite, 53 (1:1), Kamano, 72 (2:1)
Qırmızı vərəqə: Brandao, 77 ("Bastiya")

 

“Marsel” – “Kan” - 0:1
Qol:
Delort, 27 (0:1)

 

“Monpelye” – “Anjer” - 0:2
Qollar:
Kamara, 5 (0:1), Sunu, 79 (0:2)

 

“Nant” – “Qenqam” - 1:0
Qol:
Sorbon, 89-avtoqol (1:0)

 

“Troyes” – “Ayaçço” - 0:0

 

"Nitsa" - "Monako" 1:2
Qollar:
Jermen, 7 (1:0), Silva, 51 (1:1), Kurzava, 62 (1:2)


Digər xəbərlər

Xəbər xətti