Güləşçimiz "bürünc"lə kifayətləndi

13:47 9 Avqust 2015

Serbiyanın Subotiça şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatının beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Sportarena.az xəbər verir ki, güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

 

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə Norveç və Finlandiyadan olan rəqiblərini məğlub edib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan idmançımız bürünc medal uğrunda görüşə çıxıb. Gürcüstan təmsilçisini vaxtından əvvəl böyük hesablı məğlubiyyətə məcbur edən Qənizadə Avropa çempionatının bürünc medalına yiyələnib.


Digər xəbərlər

Xəbər xətti