Millimizin üzvü "Qalatasaray" yolunda

17:43 9 Avqust 2015

19 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Cem Felek karyerasını Türkiyəə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, "Qalatasaray" istedadlı futbolçu ilə razılıq əldə edib. Buna qədər Şotlandiya “Aberdin”ində çıxış edən yarımmüdafiəçinin yeni mövsümdən İstanbul nəhənginin U-21 komandasında oynayacağı iddia edilir.

 

Qeyd edək ki, türk əsilli Felek 13 yaşında “Xəzər Lənkəran”la müqavilə bağlayıb. Sonradan o, Almaniyanın “Ayntraxt” klubunun futbol akademiyasına gedib və 2011-2013-cü illər arasında “Ayntraxt” U-17 komandasında oynayıb. 2013-cü ildə isə Cem “Bohum” klubuna keçib və 2013-14 mövsümündə komandanın U-19 heyətində çıxış edib.

 

2012-ci ildə 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən isə o, 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alır.


Xəbər xətti