Yığmamız İngiltərəyə qalib gəldi

10:40 10 Avqust 2015

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, millimiz İngiltərə yığmasını 6:5 hesabı ilə məğlub edib. Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev, Orxan Məmmədov, Elçin Qasımov və Ramil Əliyev fərqlənib.

 

Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2, avqustun 8-də isə Moldova komandasına 4:0 hesabı ilə qalib gəlmişdi.


Xəbər xətti