Azərbaycanlı futbolçudan "Malaqa"da uğurlu debüt

16:27 10 Avqust 2015

"Əlincə"dən "Malaqa"ya transfer olunan azərbaycanlı futbolçu Qara Qarayev İspaniya təmsilçisinin U-19 komandasının heyətində ilk matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, futbolçumuz "Betis"lə yoxlama görüşündə debüt edib. İkinci hissədə meydana çıxan Qarayev 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyun isə 4:0 hesabı ilə "Malaqa"nın xeyrinə başa çatıb.

 

Qeyd edək ki, Qara Qarayev bu yay "Əlincə"dən "Malaqa"ya transfer olunub.


Digər xəbərlər

Xəbər xətti