Millimiz Braziliyaya gedir

17:00 10 Avqust 2015

11-16 avqust 2015-ci il tarixdə Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.


Sportarena.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edəcək.


Gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edəcək. Qızlarımız avqustun 13-14-də mübarizə aparacaq.


Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Heyətdə Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) yer alıb.

 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev ölkəmizi təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti