"Çelsi" və "Real"ın sabiq üzvü "Qəbələ"yə qarşı oynamayacaq!

11:40 11 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ” ilə qarşılaşacaq "Panatinaikos” ulduz futbolçusunun xidmətindən məhrum olub.

 

Sportarena.az xəbər verir ki, qanalı ulduz futbolçu zədəsini yenicə sağaltsa da, tibb personalı onu riskə atmaq istəmir. Məhz buna görə də, Essyenin bu ay meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə o dəməkdir ki, Essyen "Qəbələ" ilə keçirilən hər iki matçda da forma geyinə bilməyəcək.

 

Qeyd edək ki, "Qəbələ” ilə "Panatinaikos”un oyunları avqustun 20-si və 27-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti