"Neftçi"nin üzvü Sarayevo şəhərində uğur qazandı

18:34 11 Avqust 2015

Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə dünya birinciliyi başa çatıb. Sportarena.az xəbər verir ki, 59 ölkədən 478 idmançının (271 oğlan, 207 qız) mübarizə apardığı yarışa Azərbaycan komandası 9 cüdoçu (8 oğlan, 1 qız) ilə qatılıb.

 

"Neftçi İdman Klubu”nun millinin heyətində yer almış yeniyetməsi Zelim Kotsiyev (90 kq) mübarizəyə səkkizdəbir finaldan başlayıb. İlk görüşdə Serbiya cüdoçusunu üstələyən idmançımız növbəti mərhələdə belaruslu Anton Saşloviçi məğlubiyyətə uğradıb. Yarımfinalda Yaponiya təmsilçisi üzərində qələbə qazanan Kotsiyev həlledici mərhələdə hollandiyalı Simeon Çatarinayla görüşdən məğlub ayrılıb və dünya birinciliyinin gümüş medalına layiq görülüb.


Xəbər xətti