"Yanq Boyz" - "Qarabağ" oyununun başlama saatı açıqlandı

10:49 12 Avqust 2015

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Yanq Boy"la İsveçrədə baş tutacaq ilk oyununun başlama saatı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, avqustun 20-də baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

"Yanq Boyz" - "Qarabağ" görüşü "Stad de Sviss" stadionunda baş tutacaq.

 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.


Xəbər xətti