Millimizin sabiq üzvü qərarını verdi

11:15 12 Avqust 2015

Millimizin sabiq üzvü Ufuk Budak karyerasını yenə Türkiyədə davam etdirəcək. Sportarena.az xəbər verir ki, "milliləşmiş" müdafiəçi hazırkı komandası olan “Qaziantep Böyükşəhər Bələdiyyəspor”dan ayrılmayacaq. 25 yaşlı futbolçu rəhbərliklə görüşdən sonra komandada qalmaq qərarına gəlib. Tibbi müayinədən keçən Budak bu həftə rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Ufuk “Qaziantep BB”yə keçən il “Əskişəhərspor”dan keçmişdi.


Xəbər xətti