"Bursaspor"la sponsorluq müqaviləsinin bizimlə əlaqəsi yoxdur"

15:22 12 Avqust 2015

Dünən ölkə mətbuatında Türkiyə Super Liqasında çıxış edən "Bursaspor"a bundan sonra Azərbaycan şirkəti olan "İnvestAz"ın sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Hətta tərəflər arasında buna dair müqavilə imzalandığı və klubun yeni mövsümdə məhz Azərbaycan şirkətinin loqotipinin əks olunduğu forma ilə meydana çıxacağı qeyd olunmuşdu.

 

Məsələ ilə bağlı "İnvestAz" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən Sportarena.az-a bildirdilər ki, bunun "İnvestAz"la heç bir əlaqəsi yoxdur:

 

"Bu məlumatlar səhvdi. Ola bilsin, "Bursaspor" klubu ilə sponsorluq müqaviləsi imzalayan Türkiyənin "İnvestAz" Menkür Dəyərlər şirkətidi. Sponsorluq müqaviləsinin heç bir əlaqəsi yoxdur. Mətbuatda "İnvestAz"ın SOCAR-ın törəmə şirkəti olduğu bildirilir. Bunlar hansısa jurnalistin təxəyyülünün məhsuluru. Bizim SOCAR-la da heç bir bağlılığımız yoxdur".


Digər xəbərlər

Xəbər xətti