“Qəbələ”nin idmançısı Türkiyədə qızıl medal qazandı

17:20 12 Avqust 2015

Qəbələ" İdman Klubunun karateçisi Rafiz Həsənov Türkiyənin Ərzurum şəhərində keçirilən XXII Beynəlxalq Palandökən turnirində qızıl medal qazanıb. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Yarışda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 3-cü pilləni tutub. İlk pillədə Türkiyə, ikinci yerdə isə İran millisi qərarlaşıb.

 

Qeyd edək ki, turnirdə 41 ölkədən 2000 idmançı iştirak edib.


Xəbər xətti