"Yanq Boyz" "Luqano"ya qarşı

18:48 12 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" bu gün növbəti matçına çıxacaq. Sportarena.az xəbər verir ki, Bern təmsilçisi ölkə çempionatının V turu çərçivəsində öz meydanında "Luqano"nu qəbul edəcək.

 

Ötən tur "Tun"a qalib gəlməklə çempionatda ilk qələbəsini qazanan "Yanq Boyz" bu görüşdən də 3 xalla ayrılmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Qeyd edək ki, "Yanq Boyz" geridə qalan 4 turdan sonra 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Xəbər xətti