"Qəbələ"nin rəqibi darmadağın oldu

11:19 13 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Panatinaikos" yoxlama oyunu keçirib. Sportarena.az xəbər verir ki, yunan klubu "Real Sosyedad"la üz-üz gəlib. Görüş ispanların böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Real Sosyedad" "Panatinaikos"un qapısından 3 cavabsız top keçirib.

 

Qeyd edək ki, "Panatinaikos" avqustun 20-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qəbələ"nin qonağı olacaq.


Xəbər xətti