"Qəbələ" - "Panatinaikos" oyunu ingilis hakimə tapşırıldı

12:37 13 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la qarşılaşaaq "Qəbələ"nin oyununa təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, UEFA oyunu ingiltərəli Andre Marrinerə həvalə edib. Onun köməkçiləri Simon Benneti, Li Betis olacaq. Dördüncü hakim funksiyasını isə Rober Madii yerinə yetirəcək.

 

Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" görüşü avqustun 20- Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Xəbər xətti