"Yanq Boyz" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

12:50 13 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Yanq Boyz" - "Qarabağ" matçına hakimləri müəyyənləşib. Sportarena.az xəbər verir ki, sözügedən oyunda ədaləti israilli Alon Yefet qoruyacaq.  Ona Danni Krasikov və Mahmud Mahqaina köməklik edəcək. Dördüncü hakim funksiyasını Zir Adler yerinə yetirəcək.

 

Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" qarşılaşması avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti