UEFA-dan həmyerlimizə yeni təyinat

13:14 13 Avqust 2015

AFFA-nın əməkdaşı Orxan Hüseynzadə Avropa Liqasının "pley-off" mərhələsinə təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o, "pley-off"un ilk oyunu çərçivəsində "Milsami" (Moldova) - "Sent-Etyen" (Fransa) matçının UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, "Milsami" - "Sent-Etyen" görüşü avqustun 20-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Xəbər xətti