"Neftçi"dən növbəti uğur: Daha 3 medal

13:30 13 Avqust 2015

Braziliyada gəclər arasında keçirilən güləş üzrə dünya birinciliyi davam edir. Sportarena.az xəbər verir ki, yarışların ikinci günü də Azərbaycan güləşçiləri üçün uğurlu olub.

 

Üç çəki dərəcəsində mübarizə aparan idmançılarımız bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar. Hər üç güləşçi "Neftçi İdman Klubu”nun üzvüdü.

 

Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov finalda Bolqarıstan təmsilçisi Yoto Xristova 6:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

 

84 kq çəki dərəcəsində yarışan İslam Abbasov finalda Türkiyə nümayəndəsi Cengiz Əliyə 6:10 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

 

"Neftçi İdman Klubu”nun digər üzvü Ruhin Mikayılov isə bürünc medal uğrunda görüşdə Türkiyə güləşçisi Cengiriz Arslanı 2:1 hesabı ilə məğlub edib.

 

Beləliklə, Azərbaycan güləşçilərinin aktivində artıq 4 medal var. Yarışların ilk günündə Kərim Cəfərov da gümüş medal qazanmışdı.

 

Qeyd edək ki, dünya birinciliyinin yunan-Roma güləşi yarışlarında medal qazanan bütün idmançılar "Neftçi İdman Klubu”nu təmsil edir.


Digər xəbərlər

Xəbər xətti