Millimizin üzvü oynamadı, komandası qələbə qazandı

13:45 13 Avqust 2015

İspaniyanın "Eybar" klubu yoxlama oyunu keçirib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Numansiya" ilə qarşılaşıb.

 

Birinci divizionda çıxış edən rəqiblə görüş səfərdə baş tutub. Amma buna baxmayaraq, La Liqa klubu bu matçı 2:0 hesabıyla xeyrinə başa vurub.

 

Bundan əvvəl keçirilmiş "Tenerife" ilə sınaq matçında (1:1) zədəli olduğuna görə iştirak etməyən Eddi bu dəfə də komandasına kömək edə bilməyib.


Digər xəbərlər

Xəbər xətti