"Qarabağ"a qol vuran futbolçu "Fiorentina"da

11:07 14 Avqust 2015

“Dnepr”in hücumçusu Nikola Kaliniç İtaliya klubuna keçməyə yaxındır. Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu “Fiorentina” klubuyla razılığa gəlib.

 

İtaliya təmsilçisi xorvatiyalı forvardın keçidi qarşılığında dnepropetrovskililərə 5 milyon avro verəcək. Florensiyaya səfər edən Kaliniç tibbi baxışdan keçəndən sonra “çəhrayılar”la 4 illik müqavilə bağlayacaq.

 

Qeyd edək ki, ötən il Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a iki qol vuran Kaliniç “Dnepr”ə 2:1 hesabı ilə qələbə qazandırmışdı.


Digər xəbərlər

Xəbər xətti