AFFA-da növbəti məşqçi kursları

12:11 14 Avqust 2015

Sentyabrın 7-dən 11-dək (birinci mərhələ), 21-dən 25-dək (ikinci mərhələ) və 28-dən oktyabrın 4-dək (üçüncü mərhələ) Bakı şəhərində AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.

Sportarena.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

 

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "C" Lisenziya və diplomun surəti

 

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.


Xəbər xətti