İdmançıdan rəqibinə şok hərəkət: "Sevgilin başqası ilə yatıb"

15:44 14 Avqust 2015

Kanadanın Montreal şəhərində baş tutan tennis üzrə "ATP Rogers" kubokunda maraqlı hadisə baş verib. Sportarena.az xəbər verir ki, oyun zamanı avstraliyalı Nik Kirqios rəqibi isveçrəli Vavrinkanın (Stanislas Wawrinka) sevgilisi Donna Vekiçin ona xəyanət etdiyini deyərək onu ruhdan salmağa çalışıb.

 

Kirqios qışqıraraq "Kokkinakis sənin sevgilinlə bir yerdə olub, amma bunu dediyim üçün üzr istəyirəm" deyərək tribunaların da diqqətin çəkib.

 

Oyundan sonra Vavrinka Tvitterdə yazıb:

 

"Bir həmkarımın bu qədər hörmətsiz davrana biləcəyini təxmin etməzdim. Deyilən sözləri mən heç düşmənimə demərəm. Bu duruma qarşı cəza veriləcəyinə ümid edirəm".

 

Bundan sonra avstraliyalı idmaçıya 10 min dollar cəza verilib, amma hər kəs bu cəzanın çox az olduğunu deyib. Kirqios isə dediklərinə görə həmkarından və ictimaiyyətdən üzr istəyib:

 

"Olanlar üçün kədərli və peşmanam".

 

Qeyd edək ki, Vavrinkanın sevgilisi 19 yaşlı Donna Vekic də ulduz tennisçilərdən sayılır.

 

Vavrinka


Xəbər xətti