Cavidin məhkəməsindən: "Günahsızam, qohumlarım aqressiv davranıblar"

16:59 14 Avqust 2015

“Cavid Hüseynov bugünkü apellyasiya prosesində hakim qarşısında çıxış etdi. O, növbəti dəfə bildirdi ki, bu məsələdə günahı yoxdur”.

 

Sportarena.az "futbolxeber.az" saytına istinadən xəbər verir ki, bu sözləri futbolçunun vəkili Adəm Məmmədov deyib.

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində futbolçu Cavid Hüseynovun barəsində seçilmiş həbs qəti imkan-tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib. 3 aylıq həbs qərarı qüvvədə saxlanılıb.

 

A.Məmmədov qeyd edib ki, C.Hüseynov hadisədən əvvəl qohumları ilə görüşməyib: “Cavid məhkəmədə bildirdi ki, qohumları aqressiv davranıblar. Amma bunda onun heç bir rolu olmayıb. Həmin ərəfədə Cavid qohumları ilə görüşməyib. Buna baxmayaraq, onlar mərhum jurnalistin üstünə getməklə düzgün hərəkət etməyiblər. Cavid Hüseynov inanır ki, günahkarlar layiqli cəzalarını almalıdırlar. Eyni zamanda mərhuma Allahdan rəhmət diləyir, ailəsinə bağsağlığı verir. Bu hadisəyə görə o, çox üzülür. Belə bir hadisənin yaşanmasını istəməzdi”.


Digər xəbərlər

Xəbər xətti