Əvəzedicilərin çempionatı: "Xəzər Lənkəran" uduzdu

21:26 15 Avqust 2015

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında ikinci turun daha iki oyunu keçirilib. Sportarena.az xəbər verir ki, "Zirə" səfərdə "Kəpəz"in qonağı olub. Matç 0:0 hesabı ilə başa çatıb.

 

Turun digər oyununda "Sumqayıt" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "İnter" - "Neftçi" qarşılaşması ilə yekun vurulacaq.

 

15 avqust

Əvəzedicilərin çempionatı, 2-ci tur

 

“Kəpəz” - “Zirə” - 0:0

 

“Sumqayıt” - “Xəzər Lənkəran” - 4:1
Qollar:
Kamal Dənziyev, 15 (0:1), Ramil Orucov, 28 (1:1), Emil Həsənov, 32 (2:1), Xaliq İbrahimov, 67 (3:1), Aqil Güləhmədov, 90+4-pen (4:1)


Xəbər xətti