"Yanq Boyz" - "Qarabağ" matçının hakimləri dəyişdirildi

20:17 17 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ"ın "Yanq Boyz"la keçirəcəyi matçın hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, görüşə rusiyalı Vladislav Bezborodova təyinat alıb. Ona Nikolay Qolubev və Maksim Gavrilin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Aleksey Eskov yerinə yetirəcək.

 

Bundan əvvəl sözügedən qarşılaşmanı israilli hakimlər briqadasının idarə edəcəyi gözlənilirdi.

 

"Yanq Boyz" - "Qarabağ" görüşü avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbər xətti