"Qəbələ" "Panatinaiokos"la oyuna tam heyətlə hazırlaşır

10:27 18 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır.

 

Komanda Azərbaycan Premyer Liqasının II turunda AZAL-la keçirilən oyundan (2:0) sonra məşqlərinə ara verməyib. Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan “Qəbələ” tam heyətlə məşq keçib. Gündə bir dəfə məşq edən Roman Qriqorçukun komandası hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.

 

Qeyd edək ki, avqustun 20-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" oyunu saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti