Millimiz 4 yoldaşlıq oyunu keçirəcək

11:55 18 Avqust 2015

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Bakıda 4 yoldaşlıq oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, millimiz avqustun 24-də və 26-da Türkmənistan, avqustun 30-da və sentyabrın 2-də isə Belarus yığması ilə qarşılaşacaq.

 

Bütün oyunlar ABU Arena-da təşkil olunacaq.


Xəbər xətti