"Qarabağ" "Yanq Boyz" üçün gedir

12:29 18 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Yanq Boyz"la qarşılaşacaq "Qarabağ" İsveçrəyə gedir. Klubdan Sportarena.az-a verilən məlumata görə, komanda bu gün 17:00-da Heydər Əliyev adına Beynəlxalq hava limanından Bernə yola düşəcək. Ağdam klubu səfərə çarter reysi ilə yollanacaq.

 

Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" oyunu avqustun 20-də, Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti