"Yanq Boyz" - "Qarabağ" oyunu canlı yayımlanacaqmı?

13:15 18 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" səfərdə "Yanq Boyz"la qarşılaşacaq. Matçın canlı yayım məsələsi ilə bağlı ğdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. İbrahimov Sportarena.az-a açıqlamasında bunları dedi:

 

"Pley-off" mərhələsində oyunların yayımı mərkəzləşdirilmiş sistemə keçir. Azərbaycanda Avroliqanın yayım hüququ isə Az TV və "İdman Azərbaycan" telekanalına məxsusdur. Bizdə bu barədə məlumat yoxdu. Yaxşı olardı ki, bunu telekanallardan dəqiqləşdirəsiniz".

 

Daha sonra isə "İdman Azərbaycan"la əlaqə saxladıq. Telekanaldan saytımıza bildirdilər ki, "Yanq - Boyz" - "Qarabağ" oyunu canlı yayımlanacaq. Görüş avqustun 20-də, saat 23:00-dan etibarən "İdman Azərbaycan"ın efirində olacaq.

 

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"lə səfər oyunu canlı yayımlanmamışdı.


Xəbər xətti