AFFA əvəzediciləri də cərimələdi

13:27 18 Avqust 2015

AFFA İntizam Komitəsinin bugünkü iclasında Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun görüşləri də müzakirəolunub. Sportarena.az xəbər verir ki, “Rəvan” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 88 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

AZAL – “Qəbələ” matçının 37-ci dəqiqəsində “Qəbələ” klubunun 13 №-li futbolçusu Murad Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub. Bundan başqa, oyunun 86-cı dəqiqəsində AZAL klubunun 39 №-li futbolçusu Süleyman Mustafazadən idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

"Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 75 №-li futbolçusu Röyal Əlizadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.


Xəbər xətti