"Qəbələ" - "Panatinaikos": Biletlər satışda - FOTOLAR

16:22 18 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçının biletləri artıq satışdadır.

 

Sportarena.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, futbolsevərlər biletləri matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarından ala bilərlər.

 

Biletlərin qiymətləri sektorlara müvafiq olaraq 1, 2 və 10 manatadır.

 

Qeyd edək ki, avqustun 20-də keçiriləcək "Qəbələ" - "Panatinaikos" oyunu saat 21:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti