Anastasiu Qriqorçuku qabaqladı

18:37 18 Avqust 2015

Avqustun 20-i UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyununda "Qəbələ" Yunanıstanın "Panatinaikos" komandasını qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ"-"Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - avqustun 19-u 18:45-də arenanın media zalında start götürəcək.

 

İlk olaraq jurnalistlərin önünə "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiu çıxacaq. 20:15-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.


Xəbər xətti